Böyük Britaniyadan Ukraynaya 50 milyon funt-sterlinq yardım


Böyük Britaniyanın Baş naziri Rişi Sunak Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşdən sonra Ukraynanın hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi üçün 50 milyon funt-sterlinq yardım ediləcəyini açıqlayıb.
Yenivaz.com
xəbər verir ki, bu barədə Britaniya baş nazirinin mətbuat xidməti məlumat yayıb.
 “Sunak Prezident Zelenski ilə görüşüb. O, təsdiqləyib ki, Böyük Britaniya Ukraynanın mülki əhalisini və kritik infrastrukturlarını Rusiyanın hücumlarından qorumaq üçün böyük, yeni hava hücumundan müdafiə paketi təqdim edəcək. 50 milyon funt sterlinq dəyərində olan hava hücumundan müdafiə yardım paketinə 125 zenit silahı və İran tərəfindən təmin edilən pilotsuz təyyarələrə qarşı mübarizə üçün texnologiya, o cümlədən onlarla radar və dron elektron döyüş qabiliyyəti daxildir”, - məlumatda deyilir.
Sunak İngiltərənin müharibənin ilk günündən bəri Ukraynanın yanında olduğunu və bu mövqedən qürur duyduğunu bildirib:
 “Mən fəxr edirəm ki, Böyük Britaniya əvvəldən Ukraynanın yanında olub. Mən bu gün burada deyirəm ki, Böyük Britaniya və müttəfiqlərimiz bu vəhşi müharibəyə son qoymaq və ədalətli sülhə nail olmaq üçün mübarizə aparan Ukraynanın yanında olmağa davam edəcəklər”.

DİGƏR XƏBƏRLƏR

Top