“Kurtlar Vadisi”ndəki qumarxananı reallığa çevirdilər - Video


Polis "Kurtlar Vadisi" serialındakı "Çakır" obrazının açdığı kazinonun çəkilişi üçün istifadə edilən yerə basqın edib.
Yeniavaz.com
"DHA"ya istinadla xəbər verir ki, serialdakı qumarxananı əsl qumarxanaya çevirərək “kazino” kimi dizayn edən “sahibkar” və 27 qumarbaz saxlanılıb.
Əməliyyat zamanı içəri daxil olan qruplar serialın epizodlarında lentə alınmış görüntülərin gerçəyə çevrildiyini müəyyən ediblər.
İstanbul Polis Təşkilatının Əxlaq Bürosunun əməkdaşları 27 qumarbazı və “sahibkar”ı saxlayıb.
Təşkilat əməliyyat yerindən kadrlar da yayıb.

DİGƏR XƏBƏRLƏR

Top