İmran Xan tərəfdarlarını Ravalpindi şəhərində toplaşmağa çağırdı


Noyabrın 3-də silahlı hücumdan sonra evində müalicə alan Pakistanın keçmiş baş naziri İmran Xan Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI) tərəfdarlarına səslənib.
Yeniavaz.com
xəbər verir ki, Xan PTI tərəfdarlarını noyabrın 26-da İslamabad yaxınlığındakı Ravalpindi şəhərində toplaşmağa çağıraraq, onun da orada olacağını və növbəti fəaliyyət planını elan edəcəyini bildirib.
Hökumətə növbədənkənar seçkilər çağırışını davam etdirən Xan, aprel ayında Şahbaz Şərif hökumətinin vəzifəyə başlamasından bu yana ölkədə heç bir müsbət inkişafın olmadığını müdafiə edir.
Qeyd edək ki, Pakistanda aprelin 10-da parlamentdə keçirilən etimad səsverməsində İmran Xanın hökuməti əleyhdə verilən 174 səslə fəaliyyətini dayandırmalı olmuşdu.
Aprelin 11-də parlamentdə keçirilən seçkidə daha əvvəl üç dəfə baş nazir olmuş Nəvaz Şərifin qardaşı Şahbaz Şərif mütləq əksəriyyətin dəstəyi ilə baş nazir seçilib.
Xan, koalisiya hökumətinin erkən seçkilər elan etmədiyini əsas gətirərək oktyabrın 28-də Lahordan İslamabada yürüşə başlayıb.
Noyabrın 3-də Vəzirabadda o və tərəfdarları atəşə tutulub. Nəticədə Xan hər iki ayağından yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top