Moskva və Tehran birgə PUA istehsalı ilə bağlı razılığa gəlib - WP


ABŞ və digər Qərb təhlükəsizlik agentliklərinin əldə etdiyi yeni kəşfiyyat məlumatlarına görə, Moskva Tehranla birgə Rusiya ərazisində silahlandırılmış pilotsuz uçan aparatların istehsalına başlamaq barədə razılığa gəlib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Whasington Post” məlumat yayıb.
Bildirilir ki, Rusiya və İran rəsmiləri noyabrın əvvəlində İranda keçirilən görüş zamanı razılaşmanı yekunlaşdırıblar və iki ölkə yaxın aylar ərzində istehsalın başlamasına imkan verə biləcək dizaynları və əsas komponentləri təhvil vermək üçün sürətlə irəliləyirlər.
Rəsmilər bildiriblər ki, razılaşma tam reallaşarsa, bu, Moskvanın Ukraynadakı ləngiyən hərbi kampaniyasına artıq mühüm dəstək verən Rusiya-İran müttəfiqliyinin daha da dərinləşməsinə gətirib çıxaracaq.

DİGƏR XƏBƏRLƏR

Top