Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir


Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.
Yeniavaz.com
xəbər verir ki, seçkilərdə hazırkı dövlət başçısı Qasım-Jomart Tokayevdən başqa daha 5 namizəd iştirak edir.
Qeyd edək ki, sentyabrın 1-də Tokayev xalqa müraciətində “dövlət institutlarının tam bərpası” çərçivəsində növbədənkənar prezident seçkilərinin keçiriləcəyini elan etmişdi.
İlk dəfə olaraq dövlət başçısı təkrar seçilmək hüququ olmadan yeddi il müddətinə seçiləcək. Tokayev bunu “istənilən iddialı proqramın həyata keçirilməsi üçün kifayət qədər müddət” adlandırıb.
Seçkilərin keçirilməsi üçün ölkədə 10,1 mindən çox seçki məntəqəsi açılıb.
Astana, Almatı və Çimkənddə 86 seçki məntəqəsində səsvermə səhər saat 6:00-da başlayıb.
Qeyd edək ki, Qazaxıstanda 11,8 milyondan çox vətəndaşın səsvermə hüququ var.
Seçkiləri 650-yə yaxın beynəlxalq müşahidəçi, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, o cümlədən dünyanın 50-yə yaxın ölkəsindən jurnalistlər izləyir.

DİGƏR XƏBƏRLƏR

Top