Trampın “Twitter” səhifəsi bərpa edildi


ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Twitter”dəki səhifəsi bərpa edildi.
Yeniavaz.com
xəbər verir ki, bu barədə sosial şəbəkənin yeni sahibi İlon Mask məlumat verib.
Cümə günü Mask “Twitter” istifadəçilərindən Trampın hesabını blokdan çıxarıb-açmamağı soruşub. Sorğuda 15 milyona yaxın istifadəçi iştirak edib. Respondentlərin 51,8%-i blokun açılmasının lehinə, 48,2%-i əleyhinə səs verib.
Trampın özü isə nəticələrin necə olacağından asılı olmayaraq sosial şəbəkəyə qayıtmaq fikrində olmadığını açıqlayıb.
Qeyd edək ki, Trampın 2009-cu ilin martında yaradılan səhifəsində bütün yazdıqları saxlanılır. Sonuncu tvit 8 yanvar 2021-ci il tarixlidir.
Xatırladaq ki, 2021-ci ilin əvvəlində “Twitter” in sabiq rəhbərliyi Trampa onun xidmətindən istifadə etməyi qadağan edib. Bu, o vaxt ölkə prezidenti olan respublikaçının tərəfdarlarının ABŞ Konqresinin son prezident seçkilərinin nəticələrini təsdiq etməsinə mane olmağa çalışmasından sonra baş verib. Administratorlar Trampın hesabının bloklanmasını onun tvitlərinin insanları iğtişaşlara sövq edəcəyi ehtimalının yüksək olması ilə əsaslandırıblar.

DİGƏR XƏBƏRLƏR

Top