“Qızıl top”un sonuncu sahibi dünya çempionatında olmayacaq


Fransa millisinin hücumçusu Kərim Benzema Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatında iştirak edə bilməyəcək.
Yeniavaz.com
xəbər verir ki, buna səbəb onun məşq zamanı budundan zədə almasıdır.
Fransa Futbol Federasiyası futbolçunun bud əzələsinin zədələnməsini təsdiqləyib. Bildirilib ki, MRT müayinəsi üç həftəlik sağalma müddəti tələb edəcək.
“Bütün komanda Kərimin kədərini bölüşür və onun tezliklə sağalmasını arzulayır”, - deyə məlumatda əlavə edilib.
Xatırladaq ki, Benzema, Real Madridə Çempionlar Liqası və “La Liqa”nı qazanmağa kömək etdikdən sonra, bu il futboldakı ən nüfuzlu fərdi mükafat olan “Qızıl top”a (Ballon d'Or) layiq görülüb.
Qeyd edək ki, bu gün futbol üzrə dünya çempionatına start veriləcək. Mundialın açılış oyununda ev sahibi Qətərlə Ekvador yığması üz-üzə gələcək.

DİGƏR XƏBƏRLƏR

Top