Türkiyə Suriya və Şimali İraqda əməliyyatlara başladı - Video


İstanbulun İstiqlal küçəsində törədilən terror aktından sonra Türkiyə Suriya və Şimali İraqa qarşı hava əməliyyatlarına başlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Türkiyə döyüş təyyarələri YPG/PKK terror təşkilatlarının mövqelərinə bomba yağdırıb. Milli Müdafiə Nazirliyi əməliyyatı “Pəncə Kılıç” adlandırıb.
“Hesab vaxtıdır! Əclaflar öz xain hücumlarına görə cavab verirlər!”, - Nazirliyin yaydığı məlumatda deyilir.
Milli Müdafiə Nazirliyi həyata keçirilən hava əməliyyatının ilk görüntülərini də paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top