İstanbuldakı terror aktına görə Bolqarıstanda 5 nəfər saxlanıldı


Bolqarıstan noyabrın 13-də İstanbulda törədilən terror aktında əli olmaqda şübhəli bilinən 5 nəfəri saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd olunub ki, saxlanılanlardan üçü Moldovadan, dördüncüsü isə adı açıqlanmayan ərəb ölkəsindəndir. Həmçinin bildirilib ki, beşinci şübhəli də var ancaq, onun barəsində ətraflı məlumat verilməyib.
Xatırladaq ki, noyabrın 13-də İstanbulda turistlərin məşhur olduğu “İstiklal” küçəsində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər ölüb, 81 isə yaralanıb.
Terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Onun Suriya vətəndaşı Ahlam Əlbəşir olduğu üzə çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top