Sabah Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək


Qazaxıstanda noyabrın 20-də keçiriləcək növbədənkənar prezident seçkilərinə hazırlıq başa çatıb.
Yeniavaz.com
xəbər verir ki, Qazaxıstan xalqı sabah 7-ci prezident seçkiləri üçün sandığa gedəcək.
Prezident postuna hazırkı prezident Kasım Jomart Tokayev də daxil olmaqla 6 namizəd var.
Aul Xalq Demokratiya Partiyasından Jiquli Dayrabayev, Ümummilli Sosial Demokrat Partiyasından Nurlan Auesbayev, “Amanat” Həmkarlar İttifaqından Meyram Kajiken, Milli Sosial İşçilər İttifaqından Karakat Abden, “Qazax Anaları” ictimai birliyindən Səltənət Tursinbekova da var.
Ölkə tarixində ilk dəfə prezident seçkilərində namizədlər arasında iki qadının olması da diqqət çəkir.
Seçkilərdə 69 yaşı olan hazırkı prezident Tokayev parlamentdəki üç siyasi partiya və 30-dan çox vətəndaş təşkilatının yaratdığı “xalq koalisiyası”nın namizədi kimi iştirak edəcək.
Qazaxıstan Mərkəzi Seçki Komissiyası ölkənin seçkilərə hazır olduğunu açıqlayıb.
Ümumi əhalisi 19 milyondan çox olan ölkədə sözügedən seçkilərdə 11 milyon 950 min 485 qeydə alınmış seçicinin səs verməsi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top