
Peru hava limanında “Airbus A320” sərnişin təyyarəsi uçuş-eniş zolağında yanğınsöndürən maşınla toqquşub.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində maşında olan yanğınsöndürənlər həlak olublar. Təyyarənin heyəti və sərnişinləri arasında isə xəsarət alan yoxdur.
Qəza təyyarə havaya qalxmaq üçün sürət yığarkən baş verib.
Tətbiqimizi yükləyə bilərsiniz