Britaniya Ukraynaya yeni nəsil silahlar verəcək


Böyük Britaniya Ukraynaya 125 zenit silahı, həmçinin hava hücumundan müdafiə və döyüş pilotsuz təyyarələrini gücləndirmək üçün xüsusi avadanlıq verəcək. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın Kiyevə gəlişindən və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşündən yaydığı məlumatda deyilir.
“Bu gün biz Ukraynanı yeni hava hücumundan müdafiə vasitələri, o cümlədən zenit silahları, radarlar və pilotsuz uçuş aparatları ilə təmin edirik, eləcə də soyuq və sərt qış ərəfəsində Ukraynaya göstərilən humanitar yardımın həcmini artırırıq”, deyə bəyanatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top