Paşinyan Şarl Mişellə Azərbaycan-Ermənistan məsələsini müzakirə etdi - Yenilənib


“Ermənistan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüşdüm”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel “Twitter“də paylaşıb.
O, Aİ-nin regiona sülh, firavanlıq və sabitlik gətirmək üçün böyük sərmayələr yatırmağa davam etdiyini qeyd edib.

***18:33

 Ermənistan Baş naziri Nikol Paşinyan Tunisdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşüb.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, görüş Frankofoniya Təşkilatının Zirvə Görüşü çərçivəsində baş tutub. Danışıqlar zamanı tərəflər Azərbaycan-Ermənistan nizamlanmasını müzakirə ediblər.

DİGƏR XƏBƏRLƏR

Top