“Bu, onun dərhal azadlığa buraxılmasına əsas verir” - Saakaşvilinin anası


Həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı tibbi rəy onun orqanizmində ağır metalların, o cümlədən civənin miqdarına görə normadan artıq olduğunu göstərib.
Yeniavaz.com
“Mtavari Arxi” telekanalına istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin anası Giuli Alasaniya məlumat verib.
“Həmçinin barium, tallium var. Maddələrin orqanizmə necə daxil olduğu məlum deyil, lakin onlar var və bu da dərhal azadlığa buraxılmağa əsas verir”, - o deyib.

DİGƏR XƏBƏRLƏR

Top