Moskva-İstanbul reysində bomba həyəcanı


Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarədə bomba həyəcanı yaşanıb.
Yeniavaz.com
DHA-ya istinadla xəbər verir ki, hadisə Moskva-İstanbul reysi üzrə uçan təyyarədə baş verib.
Belə ki, “Boeing 737-800” tipli “SU-2130” təyyarəsi Rusiyanın “Şeremetyevo” hava limanından havaya qalxdıqdan qısa müddət sonra təyyarəyə həyəcan siqnalı verilib. Təyyarənin pilotu dərhal İstanbul Hava Hərəkətini İdarəetmə Qülləsi ilə əlaqə saxlayaraq vəziyyət barədə məlumat verib.
Planlaşdırılan vaxtda təyyarə heç bir problem olmadan İstanbul Hava Limanına eniş edib. Daha sonra polislər təyyarədə axtarış aparıb. Bombanın olmadığı bilinib.

DİGƏR XƏBƏRLƏR

Top