Şimali Koreyanın raket sınaqları ilə bağlı BMT-dən açıqlama


BMT-nin Baş katibi Antonio Quterreş Şimali Koreyanın növbəti dəfə qitələrarası raket buraxmasını pisləyib və münaqişənin bütün tərəflərini sülhə çağırıb. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə bəyanat Baş katibin ofisinin saytında dərc olunub.
“Baş katib Şimali Koreyanın daha bir qitələrarası ballistik raketinin buraxılışını qətiyyətlə pisləyir. Baş katib Şimali Koreyanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq təxribat xarakterli hərəkətlərini dərhal dayandırmağa və beynəlxalq öhdəliklərinə tam əməl etməyə çağırdığını təkrar edir”, - deyə qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top