Almaniya ordusunun istefada olan zabiti Rusiyaya casusluq edib


Almaniya məhkəməsi ordunun keçmiş zabiti Ralf G.-ni Rusiyaya casusluqda ittiham edərək bir il 9 ay şərti həbs cəzasına məhkum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə "İnterfax" məlumat yayıb.
Düsseldorf məhkəməsi belə nəticəyə gəlib ki, müttəhim 2014-cü ilin oktyabrından Rusiya kəşfiyyatçıları ilə əlaqə saxlayıb.
Müstəntiqlərin fikrincə, məhkum Rusiyaya Almaniya ordusunun ehtiyatları, habelə ABŞ və onun Qərb müttəfiqlərinin təhlükəsizlik və müdafiə siyasətinə dair nəşrlər, “Şimal axını 2” qaz kəməri ilə bağlı məlumatları ötürüb.
Məhkəmə izah edib ki, təqsirləndirilən şəxsin verdiyi məlumatların demək olar ki, hamısı məxfi olmadığı üçün mülayim hökm çıxarıblar.

DİGƏR XƏBƏRLƏR

Top