Azərbaycan Fələstində Təmsilçilik Ofisi təsis edəcək


Azərbaycanın Fələstin Dövlətində Təmsilçilik Ofisi təsis etməsi ölkələrimiz arasında münasibətlərdə yeni üfüq açan tarixi qərardır.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bu barədə Fələstinin Azərbaycandakı səfirliyindən bildirilib.

“Bu, Fələstin-Azərbaycan əlaqələrinin möhkəm olduğunu təsdiq edən və bu əlaqələr üçün yeni üfüqlər açan tarixi qərardır... Eyni zamanda, bu qərar Azərbaycanın paytaxtı Şərqi Qüds olmaqla müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verməkdə qəti mövqeyini təsdiq edir”, – səfirlik vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisi təsis edilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə əlavə edilən "Azərbaycan Respublikasının Fələstin Dövlətində (Ramallah şəhərində) Təmsilçilik Ofisinin təsis edilməsi haqqında" qanun layihəsində əksini tapıb.

Layihə bu gün Azərbaycan parlamentində müzakirə olunaraq qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top