Avtomobilin rəngini dəyişmək istəyənlərin nəzərinə


Nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilməli olacaq.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında komitənin üzvü Kamal Cəfərov bildirib. Kamal Cəfərov qeyd edib ki, “Yol hərəkəti haqqında” qanun atəklif edilən dəyişikliyə əsasən nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması tələbi də nəzərdə tutulur.

DİGƏR XƏBƏRLƏR

Top