Bayden administrasiyası Salman üçün toxunulmazlıq tələb edir - “Qaşıqçı işi”ndə yenilik


Bayden administrasiyasının 2018-ci ildə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda vəhşicəsinə qətlə yetirilən jurnalist Camal Qaşıqçının mülki işində Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmana toxunulmazlıq vermək istəməsi xəbəri böyük əks-səda doğurub.
Yeniavaz.com
ABŞ mətbuatına istinadla xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyinin məhkəməyə müraciət edərək, şahzadə Salmana “Qaşıqçı qətli” işində toxunulmazlıq verilməsini istədiyi məlum olub.
Müraciət ərizəsində bildirilib ki, Salmanın ölkəsində baş nazir kürsüsündə oturması üçün toxunulmazlığı olmalıdır. Qeyd olunub ki, ABŞ administrasiyası qətlə sərt reaksiya verib və sanksiyalar tətbiq edib, lakin beynəlxalq hüquqa görə, dövlət administrasiyasının başında duran şəxs toxunulmazlıq dairəsinə daxil edilməlidir.
ABŞ mətbuatı bu qərarın şahzadə Salmanın qətlə görə məsuliyyət daşıması üçün son cəhdin də qapısını bağladığına diqqət çəkib. Qaşıqçının nişanlısı Xədicə Çingiz məsələyə belə reaksiya verib:
“Camal bu gün bir daha öldürüldü. Bayden qatili ona toxunulmazlıq verərək xilas etdi. O, cinayətkarı xilas edib və cinayətin ortağı olub”.
Bir çox hüquq müdafiə təşkilatları da qərardan apellyasiya şikayəti verib.
Digər tərəfdən, Rusiyanın Ukraynaya təcavüzündən sonra alternativ enerji mənbəyi axtaran ABŞ rəhbərliyi son zamanlar Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxşılaşdırmağa çalışır. Son aylarda iki ölkə arasında təmasların artması diqqət çəkib, Bayden iyul ayında Səudiyyə Ərəbistanına səfəri zamanı tənqidlərə baxmayaraq şahzadə Salmanla görüşüb.
Qeyd edək ki, Türkiyənin aprel ayında Camal Qaşıqçı işini Səudiyyə Ərəbistanına təhvil verməsi böyük reaksiyaya səbəb olub və prezident Rəcəb Tayyib Ərdoğan daha əvvəl sərt tənqid etdiyi şahzadə Salmanla bir neçə dəfə görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top