Yoluxanların sayı açıqlandı


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 669 nəfər müalicə olunaraq sağalıb, 9 969 nəfər vəfat edib, aktiv xəstə sayı 251 nəfərdir.
Ölkədə son sutka ərzində 1 571, hazırkı dövrədək isə 7 353 252 test aparılıb.

Həmçinin son sutkada koronavirus (COVID-19) əleyhinə 349 vaksin vurulub
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 105, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 68, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 140, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 36 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 917 878, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 665, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 987, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 389 668, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 558 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top