Azərbaycanda işsizlərin sayı açıqlandı


Bu ilin noyabr ayının 1-ə olan məlumata görə Azərbaycanda 301,9 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com
-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 10 ay ərzində ölkədə işsizlərin sayı 13,8 min nəfər azalıb.
Xəbəri rus dilində oxuyun: Объявлено количество безработных в Азербайджане

Onu da bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə iqtisadi fəal əhalinin sayı 5 milyon 355,7 min nəfər olub, onlardan 5 milyon 53,8 min nəfərini məşğul əhali təşkil edib.
Azərbaycanda işsizlərin sayı son 18 ildə ən yüksək səviyyəyə ötən ilin əvvəlində çatıb.
İllər İşszilərin sayı
(min nəfər)
1 yanvar 2006 317,8
1 yanvar 2007 291,2
1 yanvar 2008 281,1
1 yanvar 2009 262,2
1 yanvar 2010 260,2
1 yanvar 2011 258,3
1 yanvar 2012 250,9
1 yanvar 2013 243,1
1 yanvar 2014 236,6
1 yanvar 2015 237,8
1 yanvar 2016 243,7
1 yanvar 2017 252,8
1 yanvar 2018 251,7
1 yanvar 2019 253,8
1 yanvar 2020 251,6
1 yanvar 2021 375,9
1 yanvar 2022 315,7
1 noyabr 2022 301,9

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top