Rus sahibkarlara Azərbaycanla bağlı rəsmi xəbərdarlıq edildi


“Rosselxoznadzor” (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) Rusiya sahibkarlarının diqqətini ixrac olunan məhsulların etiketlərinin Azərbaycan dilinə tərcüməsi ilə bağlı Azərbaycan qanunvericiliyinin tələblərinə ciddi şəkildə əməl olunmasının zəruriliyinə cəlb edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Federal Xidmətin rəsmi saytında yayılan rəsmi məlumatda deyilir.
“O cümlədən, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, məhsulun etiketində olan bütün məlumatlar, o cümlədən məhsulun adı, habelə ondan istifadə üsulunu göstərən əlavə; həm digər dillərdə, həm də Azərbaycan dilində təqdim edilməlidir.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi 2022-ci il dekabrın 1-dən etiketi ilə tərcümə olunmayan məhsulların öz ərazisinə idxalını qadağan etməyə başlayacaq.
“Rosselxoznadzor” öz ərazi idarələrinə Azərbaycana gedən malların qeydiyyatı zamanı bu məsələyə nəzarəti gücləndirməyi tapşırıb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top