Gələn ildən kartla ödənişlərdə ƏDV artırılacaq


Gələn ildən kartla ödənişlərdə ƏDV-nin məbləği artırıla bilər.
Yeniavaz.com
xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə yer alıb.
Hazırkı vergi məcəlləsinin 165.5-ci bəndinə əsasən qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir.
Qanun layihəsi isə nağdsız əməliyyatların stimullaşdırılması məqsədi daşıyır. Burada geri qaytarılan əlavə dəyər vergisinin (ƏDV) nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur.
Qeyd edək ki, artıq layihə Milli Məclisdə səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top