Mingəçevirdə qızların təhsil alması mövzusunda seminar keçirilib


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Mingəçevir Turizm Kollecində “Qızların təhsil almasının önəmi: dini qaynaqlar nə deyir” mövzusunda seminar keçirilib.
Yeniavaz.com
xəbər verir ki, tədbirdə ekspertlərlə yanaşı kollecin müəllim və tələbə kollektivi iştirak edib.
Seminarda DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin sədri Fərman Nəbiyev, şəhər “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşfiq Nəcəfov, psixoloq-pedaqoq Könül Məmmədova və Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında İctimai Şura üzvü və Gender Komissiyasının sədri Yeganə Nəbiyeva çıxış ediblər.
Çıxışçılar qadının cəmiyyətdə rolu, təhsilin əhəmiyyəti, İslam dinində qadınlara verilmiş hüquqlar, erkən nikahların zərəri və digər məsələlər haqqında faydalı məlumatlar veriblər. Çıxışlarda mövzunun əhəmiyyətindən bəhs olunaraq qızların təhsil almasının vacibliyi qeyd edilib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top