Qətər açılış matçında uduzmaları üçün futbolçulara 7 milyon rüşvət verib - İddia


Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının açılış matçında ev sahibi komanda Ekvador millisi ilə qarşılaşacaq. Qətər rəsmilərinin bu oyunda uduzmaları üçün Ekvador millisinin 8 oyunçusuna 7,4 milyon dollar rüşvət verdiyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu iddia ilə jurnalist, siyasi analitik və Britaniya Yaxın Şərq Araşdırmaları Mərkəzinin regional rəhbəri Amjad Taha çıxış edib.
“Qətər səkkiz Ekvadorlu oyunçuya 7,4 milyon dollar rüşvət verib ki, ilk oyunu (1-0, 2-ci hissə) uduzsunlar. Beş Qətər və Ekvador insayderi bunu təsdiqləyib. Ümid edirik ki, yalandır. Bunu paylaşmağın nəticəyə təsir edəcəyinə ümid edirik. Dünya FİFA-nın korrupsiyasına qarşı olmalıdır”, - jurnalist sosial şəbəkə hesabındakı paylaşımında yazıb. Qeyd edək ki, turnir noyabrın 20-də Qətər - Ekvador oyunu ilə start götürəcək və dekabrın 18-nə qədər davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top