Ukrayna raket insidentinin araşdırılmasında iştirak edə bilməyəcək


Ukrayna nümayəndələri raket insidentinin təhqiqatında iştirak edə bilməyəcəklər, lakin onlara iş materialları ilə tanış olmağa icazə veriləcək.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Polşa Prezidenti Andjey Duda bildirib.
O əlavə edib ki, araşdırma zamanı əldə edilən sənədlərə və məlumatlara çıxış beynəlxalq hüquqda konkret əsaslardan asılı olacaq.
Qeyd edək ki, Polşa ərazisinə raket düşməsi barədə xəbər verilmişdi. Daha sonra bu raketlərin Ukrayna HHM sistemlərinə aid olduğu və səhvən Polşa ərazisinə düşdüyü bildirilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top