Nensi Pelosi bu vəzifəsini tərk edir


Nensi Pelosi ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratlar Partiyasının lideri vəzifəsini tərk edir. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Pelosi bu barədə qanunverici orqanın aşağı palatasının iclasındakı çıxışında bildirib.
"Yanvarda baş tutacaq Konqresdə Demokratlar Partiyasının lideri kimi yenidən seçilmək istəmirəm. Mənim üçün dərin hörmət bəslədiyim Demokratik qrupa yeni nəslin rəhbərlik etməsinin vaxtı çatıb. Mən minnətdaram, çünki çoxları bu böyük məsuliyyəti öz çiyninə götürməyə hazırdır" – deyə Pelosi bildirib.
Qeyd edək ki, hazırkı Konqresdə Pelosi Nümayəndələr Palatasının spikeri vəzifəsini tutur.

DİGƏR XƏBƏRLƏR

Top