“Axşama qədər ayağım qırıla-qırıla işləyirəm ki, evə 15 manat pul aparım”


"Prezident deyir ki, xalq yaxşı dolanır, nə bilir ki, biz burada qırılırıq? Bizim rəhbərlər bizə zülüm edir. Deyirlər ki, get mənim sahəmdə, məhləmdə işlə. Bir gün axşama qədər ayağım qırıla-qırıla işləyirəm ki, evə 15 manat pul aparım. Belə olmaz. Nə qədər incitmək olar insanları?"
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Tovuz rayon İbrahimhacılı kənd sakini Fəxrəddin Hümbətov "BBC Azərbaycanca"ya şikayəti zamanı deyib. 47 il orta məktəbdə ibtidai sinif müəllimi işləyən F. Hümbətov bildirib ki, kənddəki suvarma probleminə görə tarlasını əkib becərə bilmir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də problem illərdir öz həllini tapmır.
Ətraflı videosüjetdə:

DİGƏR XƏBƏRLƏR

Top