Bakının bəzi yerlərində yaşanan içməli su problemi ilə bağlı açıqlama


Xətai rayonunun bir hissəsində magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar içməli suyun verilişində fasilə yaranıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Bildirilib ki, qəzaya görə Aşıq Ələsgər, Xudu Məmmədov, Məhəmməd Hadi, Rahib Məmmədov, Çingizxan Kərimov, Qədir Məmmədov, Məhsəti, Sadıqcan, Polad Həşimov, Ramiz Quliyev, Cavanşir, Əbilov küçələri, 9-cu Əhmədli, 7-ci Əhmədliyə içməli suyun verilişi dayandırılıb.

Hazırda qəzanın aradan qaldırılması üçün tədbirlər görülür.

DİGƏR XƏBƏRLƏR

Top