
İsveç parlamenti hökumətin 2022-ci ildə Ukraynaya 3,0078 milyard kron (284 milyon dollardan çox) dəyərində hərbi texnika bağışlamaq təklifini dəstəkləyib.
Yeniavaz.com xəbər verir ki,b u barədə qanunverici orqanın yaydığı məlumatda bildirilib.
Söhbət hava hücumundan müdafiə sistemləri və onlar üçün sursat, yolsuzluq avtomobilləri, qış geyimləri, fərdi mühafizə vasitələri və çadırlardan gedir.