Lavrov İrəvana gedəcək


Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 22-23-də Ermənistanın paytaxtı İrəvana səfər edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilib ki, S.Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında iştirak edəcək. Toplantı noyabrın 23-də İrəvanda keçiriləcək.
İclasda KTMT-nin kollektiv təhlükəsizliyi, regionlarda hərbi-siyasi vəziyyət və təşkilat çərçivəsində terrorçuluğa qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

 

DİGƏR XƏBƏRLƏR

Top