
İkinci raketin Polşa ərazisinə düşməsinin izləri hələ də tapılmayıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Polşa Prezidenti Andjey Duda keçirdiyi brifinqdə deyib.
Xatırladaq ki, bir neçə gen qabaq Polşanın şərqində partlayışlar baş vermişdi. KİV-lər ölkə ərazisinə iki raketin düşdüyünü bildiriblər. Birinin taxıl qurutma maşınına çırpılması nəticəsində iki nəfər həlak olub, digərinin isə əkin sahəsinə düşdüyü bildirilir.