Prezident Elnur Əliyevi bu vəzifədən də azad etdi


“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamının 1-ci hissəsində dəyişikliklər edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Dəyişikliyə əsasən “Elnur Əliyev – Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini” sözləri sərəncamdan çıxarılıb.
Bununla da Elnur Əliyev “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibindən çıxarılıb.
Xatırladaq ki, bir müddət əvvəl Elnur Əliyev mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

DİGƏR XƏBƏRLƏR

Top