“Ermənistanda hərbçilərin maaşı 3 qat artacaq, mənzil veriləcək”


“Gələn il Ermənistanın dövlət büdcəsində müdafiə sektorunun xərcləri 509 milyard dram (təxminən 1,3 milyard ABŞ dolları - red.) səviyyəsində planlaşdırılır ki, bu da 2018-ci illə müqayisədə hərbi xərclərin 113% artması deməkdir”.
Yeniavaz.com
xəbər verir ki, bunu ötən gün parlamentdə çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, hərbçilərin maaşlarının artması məsələsinə də toxunub:
“2023-cü ildə hərbi qulluqçuların könüllü attestasiyasına başlanacaq, bunun nəticəsində hərbi qulluqçuların maaşlarının minimum iki dəfə artırılması gözlənilir. Elə hallar olacaq ki, maaş hətta üç dəfə artacaq. Peşəkar orduya keçidi belə həyata keçiririk. Hərbçi peşəsini seçən və hərbi təhsil müəssisəsini bitirdikdən sonra həmin gənclər müxtəlif yerlərə göndəriləcək, eyni anda mənzillə təmin ediləcəklər. Orduda islahat prosesinin başlandığını və hər ay daha da genişlənəcəyini vurğulaya bilərik”.

DİGƏR XƏBƏRLƏR

Top