Rus qoşunları Zaporojye vilayətini vurdu - Mülki əhalidən ölənlər var


Noyabrın 17-nə keçən gecə rus qoşunları Ukraynanın Zaporojye vilayətindəki yaşayış məntəqələrindən birinə raket zərbəsi endirib. Raketlər mülki obyektlərə dəyib, ölənlər var.

Yeniavaz.com “RBK Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə vilayətin hərbi administrasiyasının başçısı Aleksandr Starux bildirib.
Məlumat üçün bildirək ki, noyabrın 17-də səhər saatlarından etibarən Ukraynanın bütün ərazisində kütləvi zərbələr endirilir. Dnepr, Çerkassı və Kiyev vilayətlərində partlayışlar baş verib. Eyni zamanda Odessa vilayətində də bir infrastruktur obyektinin vurulma xəbəri yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top