Xırdalandakı partlayışda xəsarət alanların son vəziyyəti açıqlandı


Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən partlayış nəticəsində 3-ü azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.
Yeniavaz.com
xəbər verir ki, TƏBİB xəsarət alanların son vəziyyətini açıqlayıb.
“Abşeron rayonu, Xırdalan şəhəri, AAAF Park Yaşayış Kompleksində çoxmərtəbəli yaşayış binasındakı mənzildə baş verən partlayışda xəsarət alan şəxslərin müalicələrinə Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində davam edilir. Hazırda cinsi qadın olan - 22 yaşlı B.N.-nın (III dərəcəli termiki yanıq diaqnozu) vəziyyəti ağır, cinsləri qadın olan - 7 yaşlı Ş.M, 4 yaşlı Ş.D. və cinsi kişi olan - 1 yaşlı Ş.Ö.-nün (hər biri II-III dərəcəli termiki yanıq diaqnozu ilə) vəziyyətləri isə orta ağır qiymətləndirilir”, - TƏBİB-dən bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top