Nazirlik müsabiqə qaliblərinin 300 min manatını vermir? - Açıqlama + Yenilənib


Mədəniyyət Nazirliyi “Tammetrajlı bədii film layihələrinə dəstək - 2022” müsabiqəsinin qaliblərinə pul mükafatının verilməməsi iddialarına aydınlıq gətirib.
Nazirlikdən Yeniavaz.com-a verilən məlumatda bildirilib:
"Ölkədə kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə və qurumlara dəstək olmaq, onların fəaliyyətini stimullaşdırmaq, bununla da milli kino sənayesinin inkişafına təkan vermək məqəsədilə Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş "Tammetrajlı bədii film layihələrinə dəstək - 2022" masabiqəsinin Münsiflər heyəti tərəfindən seçilmiş qalib layihələrinin mükafatlandırılması istiqamətində görülən müvafiq işlərin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulub".

***09:50
Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək” müsabiqəsinin 2022-ci ilin martında qalibləri açıqlanıb. Müsabiqədə 7 layihə qalib gəlsə də, onlara ayrılan ümumilikdə 300 min manat sahiblərinə çatdırılmayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Abzas Media”nın hazırladığı sujetdə bildirilib.
Qaliblərdən biri olan “Əlvida, noyabr” filminin ssenaristi Nicat Dadaşov deyib ki, ödənişlər verilmədiyinə görə onlar işlərini davam etdirə bilmirlər:
“Bu vəsait qalib gələn şəxslər arasında qeyri-proporsional formada bölünməli idi. Mənim öz filmimə ssenari inkişafına görə 25 min manat pul ayrılmalı idi. Nəticə olaraq o pul hələ gəlib bizə çatmayıb və biz də işimizə başlaya bilmirik”.
Azər Allahverdiyev və Türkan Hüseyn də Nazirliyin vəd etdiyi maliyyə dəstəyini ala bilmədiyinə görə işləri yarımçıq qalan rejissorlardır.
Daha ətraflı:

DİGƏR XƏBƏRLƏR

Top