“Moskva sülh danışıqları ilə bağlı Kiyevə müraciət etməyib”


Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, rəsmi Moskva sülh danışıqları ilə bağlı heç bir təkliflə Kiyevə müraciət etməyib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Zelenski bildirib ki, mart ayında Rusiya və Ukrayna nümayəndə heyətləri Belovejskaya Puşçada danışıqlar apardıqdan sonra Kiyev və Minsk arasında heç bir əlaqə olmayıb. 
Xatırladaq ki, müharibə başlayandan sonra təmas qrupları arasında bir neçə üz-üzə danışıqlar aparılıb. Moskva və Kiyev nümayəndələri Belarusda dəfələrlə görüşüblər və nümayəndə heyətlərinin sonuncu görüşü martın 29 -da İstanbulda keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top