Polşaya düşən raketlərlə bağlı ilkin versiya açıqlandı


ABŞ, Polşa və NATO atılan raketlərlə bağlı ilkin versiyanı açıqlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, NATO Baş katibi Yens Stoltenberq və Polşa Prezidenti Andjey Duda bildirib ki, Polşa ərzisinə düşən raketlər Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə əlaqədardır.
Eyni zamanda ABŞ-ın müdafiə naziri Lloyd Ostin də bu versiyanı təsdiqləyib:
“İstintaq hələ də davam edir. Biz Polşanın bu təhqiqatı düzgün apara biləcəyinə tam əminik. Tam dəqiq nəticə çıxarmaq isə hələ tezdir”.

DİGƏR XƏBƏRLƏR

Top