“Biz belə bir riskin olduğunu bilirdik” – Polşa Baş naziri


Polşa ərazisinə raketlərin düşmə biləcəyini bilirdik.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski bildirib.
“Bu vəziyyətdə bizim tərəfimizdən gözlənilməz heç nə yox idi. Biz belə bir ssenariyə hazır idik. Biz belə bir hadisənin riskinin yüksək olduğunu və getdikcə artdığını bilirdik”, - deyə Baş nazir bildirib.
Xatırladaq ki, dünən Polşa Xarici İşlər Nazirliyi ölkənin şərqindəki Prjevoduv kəndi ərazisinə iki raketin düşdüyünü nəticədə iki nəfərin öldüyü barədə bəyanat yayıb. Rusiya MN isə raketlərin onlara aid olmadığını qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top