Britaniya səfiri Ağdama getdi - Foto


Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Ağdama səfər edib.

Yeniavaz.com xəbər verir ki, səfir bu barədə tvitterdə paylaşım edib.

“Ağdama ilk səfərim. Dağıntıları görmək çox ağırdır. Amma ANAMA-nın gördüyü işlər məndə gələcəyə ümid yaradır”, - deyə o paylaşımda bildirib.

Auld səfərlə bağlı təəssüratlarını ifadə edib.

“Minatəmizləmə əməliyyatlarını öz gözlərimlə görmək maraqlıdır. Qürur duyuram ki, Böyük Britaniyanın maliyyə dəstəyi və təcrübəsi ilə QHT və şirkətlər “Böyük Qayıdış”a dəstək göstərməyə davam edirlər”, - deyə o qeyd edib.
 

DİGƏR XƏBƏRLƏR

Top