Qətər hökuməti dünya çempionatına saxta azarkeşlər yığır? - Video


Qətərdə futbol üzrə dünya çempionatı ərəfəsində izdihamlı azarkeş ordusunun görüntüləri yayılıb.
Yeniavaz.com
“The Sun”a istinadən xəbər verir ki, bəzi mənbələr küçələrə axın edən azarkeşlərin ölkədəki miqrantlar olduğu və bu paradların Qətər hökuməti tərəfindən təşkil edildiyini iddia ediblər.
Dünya çempionatının başlanmasına hələ bir neçə gün var ikən azarkeşlərin belə izdihamlı şəkildə küçələrə axın etməsi insanlarda müəyyən şübhələr yaradıb.
Digər sosial media istifadəçiləri isə ayrı-ayrı videolarda fərqli ölkələrə dəstəklərini göstərən “fanatlar”ın eyni insanlar olduqlarını yazıblar.
Bəziləri izdiham arasında qadın tərəfdarların olmadığına da diqqət çəkib.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top