Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 44 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 805 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 618 nəfər müalicə olunaraq sağalıb, 9 967 nəfər vəfat edib, aktiv xəstə sayı 220 nəfərdir. Ölkədə son sutka ərzində 2 101, hazırkı dövrədək isə 7 349 698 test aparılıb.
Bundan əlavə Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 530 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 133, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 164, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 192, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 41 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 916 766, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 391 400, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 713, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 389 178, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 485 nəfər təşkil edir.