Adnan Oktara 8658 il həbs cəzası verildi


Adnan Oktarla bağlı açılan cinayət işində məhkəmə qərarını açıqlayıb.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, Adnan Oktar şəxsi cinayətlərinə görə 891 il həbs cəzasına məhkum edilib.
Lakin Oktar təşkilatın rəhbəri olduğu üçün üzvlərin törətdiyi cinayətlərdən də məsuliyyət daşıyır.
Silahlı cinayət təşkilatına qarşı təkrar aparılan məhkəmə prosesində hakim Oktarın ümumilikdə 8658 il həbs cəzasına məhkum edilməsinə qərar verib.
Məhkəmədə təqsirləndirilən şəxslər Alev Babuna, Aylin Atmaca, Ayşegül Hüma Babuna, Bora Yıldız, Ülviyyə Didem Ürer, Yeliz Sucu, Merve Büyükbayrak, Sinem Hacer Tezyapar, Tarkan Yavaş, Halil Hilmi Müftüoğlu, İbrahim Tuncer, Mehmet Noyan Orcan və Fatma Ceyüzünə də hökm oxunub. Onların da hər biri 8658 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, Türkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar və xeyli sayda tərəfdarı 2018-ci ilin iyul ayında hüquq-mühafizə orqanlarının apardığı əməliyyat zamanı saxlanılıb. Onlar azyaşlı uşaqlara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj etməkdə ittiham olunurdu.
Qeyd edək ki, Adnan Oktar daha əvvəl də - 1999-cu ildə evinə edilən basqın zamanı 75 müridi ilə birlikdə həbs olunmuşdu.

DİGƏR XƏBƏRLƏR

Top