Polşa Rusiyaya nota verdi


Rusiyanın Polşadakı səfiri Sergey Andreyev Polşa Xarici İşlər Nazirliyinə çağırılaraq nota alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Polşa XİN rəsmi tvitter hesabında paylaşım edib.
“Rusiya Federasiyası Silahlı Qüvvələri tərəfindən 15 noyabr 2022-ci il tarixində Ukraynanın ərazisi və onun mühüm infrastrukturu uzunmüddətli raket atəşinə tutulub. Saat 15:40-da (Bakı vaxtı ilə 18:40) Rusiya istehsalı olan raket Lübelski vilayətinin Qrubeşuv rayonunun Prjevoduv kəndinə düşüb və nəticədə iki Polşa vətəndaşı həlak olub. Buna görə də xarici işlər naziri Zbiqnev Rau Rusiya Federasiyasının Polşadakı səfirini çağıraraq, dərhal və ətraflı izahat tələb edib”., - paylaşımda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top