Ərdoğan ABŞ-a minnətdarlıq etdi - Soylu "qəbul etmədiklərini" bildirmişdi


“İstiklal küçəsində törədilən terror aktına münasibət bildirən, dərdimizə şərik olan, başsağlığı verən bütün ölkələrə və beynəlxalq təşkilatlara minnətdarlığımı bildirirəm”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün sosial şəbəkə hesabında yazıb və 97 ölkəni, həmçinin 10 beynəlxalq təşkilatı qeyd edib.
Ərdoğanın minnətdarlığını bildirdiyi ölkələr sırasında Şimali Kipr Türk Respublikası və Azərbaycandan sonra ABŞ gəlir.
Xatırladaq ki, daha əvvəl Türkiyənin daxili işlər naziri Süleyman Soylu hadisə ilə bağlı jurnalistlərə verdiyi açıqlamada ABŞ səfirliyinin başsağlığını qəbul etmədiklərini bildirmişdi.
“Kobanidə terrorçu qruplara, oradan Türkiyədəki əmin-amanlığı pozmağa çalışan zehniyyətə dəstək verən, öz senatlarından pul göndərən bir dövlətlə müttəfiqliyimiz müzakirə olunmalıdır. Biz heç kimin düşməni deyilik. Heç kimə xəyanət etmirik”, - deyə S. Soylu bildirmişdi.

DİGƏR XƏBƏRLƏR

Top