DTX Beyləqanda vəzifəli şəxsi saxladı - KİV


Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beyləqan rayonunda əməliyyat keçirdiyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Bakupost.az saytı məlumat yayıb.
Əməliyyat nəticəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidmətinin Beyləqan Ərazi Dövlət Kadastrı və Daşınmaz Əmlakın Reyestri İdarəsinin arxiv şöbəsinin müdiri Dəyanət Atakişiyevin saxlanıldığı bildirilir.
Onun rüşvət almaqda şübhəli bilindiyi iddia olunur.

DİGƏR XƏBƏRLƏR

Top