Terrorçunun bombanı İstiklal küçəsinə qoymasının görüntüləri yayıldı - Video


Xəbər verdiyimiz kimi, İstanbuldakı terror aktını törədən qadın Əhlam Əlbəşir noyabrın 14-də saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, terrorçunun hadisə yerinə gəlməsini əks etdirən yeni görüntülər yayılıb.
Videoda qadının hadisə yerinə gəlməsi, İstiklal küçəsindəki oturacaqlardan birində oturması və içində bomba olan çantanı orada qoyub getməsi, partlayışdan sonra isə ərazidən uzaqlaşması əks olunub.
Həmin kadrları təqdim edirik:
Qeyd edək ki, partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top