MDU-da “Toprağın cazibəsi” filmi təqdim olundu


Məcburi köçkünlərin məşğulluq ehtiyaclarından bəhs edən “Torpağın cazibəsi” sənədli filmi Mingəçevir Dövlət Universitetində ictimaiyyətə təqdim olunub.
Yeniavaz.com
xəbər verir ki, film Mingəçevir Valideynlər Assosiasiyasının (MVA) Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Məcburi köçkünlərin məşğulluq ehtiyaclarının araşdırılması” layihəsi çərçivəsində MDU-nun informasiya dəstəyi ilə regional “EL TV” kanalı ilə birgə çəkilib.
Çıxış edən Mingəçevir Valideynlər Assosiasiyasının prezidenti və layihənin rəhbəri Fərman Nəbiyev deyib ki, bu il iki layihə həyata keçirilib:
“Biz işğaldan azad olan torpaqlara qayıdışa dəstək vermək üçün təkcə 2022-ci ildə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin köməyi ilə məcburi köçkünlərə yönələn 2 layihəni həyata keçirmişik. Sonuncu layihəmizin məqsədi məşğulluqla bağlı məsələləri yerində araşdırmaq və hökumətə ismarışlar verməkdir”.
Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov layihəni həyata keçirməkdə MDU-nu tərəfdaş kimi seçdiyi üçün MVA-ya təşəkkür edib.
Təqdimat mərasimində sənədli filmin qəhrəmanlarından Sabirə Məmmədova və Mərcan Rüstəmova, Mərkəzi Aran Regional Məşğulluq Filialının İşsiz şəxslərlə iş şöbəsinin böyük mütəxəssisi İsmayıl Abdurəhmanov, “EL TV” kanalında Yaradıcılıq Departamentinin redaktoru Elgiz Mahmudov da fikirlərini bölüşüblər. Onlar filmin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürlərini çatdırıblar.




Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top